Küləkli hava şəraiti 2 gün DAVAM EDƏCƏK
06 may 2022 18:42 (UTC +04:00)

Küləkli hava şəraiti 2 gün DAVAM EDƏCƏK

"Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru hərəkət etməsi və dərinləşməsi müşahidə edilir".

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

"Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi davam edir. Şimal-qərb küləyinin  maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-30 m/s-dək güclənib". 

U.Tağıyeva qeyd edib ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir. 

Xidmət rəisinin sözlərinə görə, may ayının birinci  ongünlüyünün sonunadək  ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var.

"Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".

# 2673
avatar

Fidan İlqar

Oxşar yazılar