Küçədə yaşayan uşaqlar sığınacağa yerləşdirildi - TƏFƏRRÜAT
18 may 2021 16:28 (UTC +04:00)

Küçədə yaşayan uşaqlar sığınacağa yerləşdirildi - TƏFƏRRÜAT

“Xırdalanda acınacaqlı vəziyyətdə yaşayan 4 uşaq da sığınacağa yerləşdirilib”.

Bu barədə Lent.az-a açıqlamasında Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, uşaqlar Abşeron rayon İcra Hakimiyyətinin məsul şəxsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın əməkdaşı, birliyin hüquqşünası və sahə müvəkillinin iştirakı ilə evdən çıxarılıb:

“Uşaqların sanitar-gigiyena vəziyyəti ilkin olaraq qiymətləndirildi, çimizdirildi, geyindirildi və yedirdildilər. Ana da hamilədir, dünyaya beşinci uşağı gətirməyə hazırlaşır. Zərərli vərdişləri olan biridir. Uşaqların isə bir atası yoxdur. Onların ataları fərqlidir və onlardan xəbər yoxdur”.

K.Ağazadə onu da deyib ki, icra hakimiyyəti ailə ilə bağlı vəziyyəti qiymətləndirəcək və ananın hüquqları məhdudlaşdırılacaq.

Xatırladaq ki, Xırdalanın “Bombey” adlandırılan məhəlləsində 4 uşağın acınacaqlı vəziyyətdə qalması ilə bağlı xəbəri dünən yaymışdıq.

Qonşuların bildirdiyinə görə, uşaqlar evdə tək, ac qalırlar. Ananın isə gün ərzində harada olduğu bəlli deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar