Korporativ hüquq mülki hüququn bir sahəsi olmaqla, kommersial hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn ictimai münasibətləri tənzimləyən və korporativ münasibətlərin bütün iştirakçıları üçün mütləq olan və dövlət məcburiyyətinin təsiri ilə qorunan hüquq normaları sistemidir. Korporativ hüquq münasibətlərinin tərkibinə əmlak münasibətləri ilə yanaşı, təşkilati-idarəetmə münasibətləri də daxildir. Korporativ hüquq iş hüququ, müəssisə hüququ və ya bəzən şirkət hüququ olaraq da bilinir. Korporativ hüquq korporasiyanın yaranması və fəaliyyəti, korporativ münasibətlərin mahiyyəti ilə bağlı olan obyektiv qanunauyğunluqları öyrənir.
Niyə məhz Norma Hüquq və Konsultasiya Mərkəzi?
Norma Hüquq və Konsultasiya Mərkəzi Azərbaycanda onlayn hüquqi dəstək xidməti göstərən ilk hüquq şirkətidir.
Hüquq mərkəzi peşəkar heyəti ilə dövlət qurumlarına, hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət ediləcək məsələlərdə müvəkkillərə hüququn bütün sahələrində yazılı və şifahi məsləhət xidməti göstərir.
Norma Hüquq və Konsultasiya Mərkəzi fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri, o cümlədən korporativ xidmətlər təklif edir.
Şirkət istifadəçilərinə sürücü hüquqi dəstək xidməti, fiziki şəxs üçün hüquqi xidmət və korporativ xidmət paketləri vardır.
Bütün bunlarla yanaşı, hüquq şirkəti xaricdə şirkət açma xidməti və ya xaricdə fəaliyyət göstərən şirkətlərə hüquqi yardım, xarici ölkə vətəndaşı olan sahibkarlara Azərbaycanda şirkət açma xidməti və ya hazırda fəaliyyətdə olan şirkətlərinə hüquqi yardım məsələlərində olduqca peşəkar hüquqi dəstəyi həyata keçirir.
Norma Hüquq və Konsultasiya Mərkəzinin online və birbaşa xidmətlərindən 7/24 yararlana bilərsiniz.
Norma Hüquq və Konsultasiya Mərkəzi hansı korporativ hüquq xidmətləri təklif edir?
Norma Hüquq Mərkəzi fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri təklif edir. Şirkətin korporativ hüquq xidmətlərinə aşağıdakılar daxildir:
- şirkət sənədlərinin hüquqi analizi
- şirkət müqavilələrinin ekspertizası və hazırlanması
- şirkət üçün hüquqi dəstək tələb edən sorğuların cavablandırılmasının təmin edilməsi
- şirkətə alqı-satqı və icarə işlərində hüquqi dəstək
- yerli və xarici şirkətlər, onların yerli və xarici filial və nümayəndəlikləri ilə bağlı tam hüquqi dəstək
- şirkətin fəaliyyət istiqaməti üzrə qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması
- maliyyə, audit, vergi və mühasibatlıq xidmətinin göstərilməsi
- HR xidmətlərinin həyata keçirilməsi
- yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi
- illik tam hüquqi xidmət paketi ilə təmin olunma
Şirkətin sənədlərinin hüquqi analizi
Norma Hüquq və Konsultasiya Mərkəzi şirkət sənədlərinin hüquqi analizi, şirkətin fəaliyyəti ilə bağlı müqavilələrin və başqa əlaqəli sənədlərin hüquqi analizi və müqavilələrin spesifik sahələr üzrə tərtib edilməsi, həmçinin bu istiqamətdə zəruri məsləhətlərin verilməsini təmin edir.
Şirkət müqavilələrin ekspertizası və hazırlanması
Şirkət müqavilələrinin ekspertizası və hazırlanması xidməti ilə müqavilələrə dair təkliflərin şirkət rəhbərliyi ilə fəaliyyət növünə uyğunluğunu müzakirə edərək zəruri olan müddəaların şirkətin müqavilələrinə tətbiqinin təmin edilməsi, yeni müqavilə formasının hazırlanması, o cümlədən şirkətin digər sənədlərinin və yazışmalarının yeni müqavilə formasına uyğunlaşdırılması işlərini həll edir. Eyni zamanda şirkətin tərəfdaşlara təqdim edəcəyi və tərəfdaşlardan təklif ediləcək müqavilə layihələrinin ölkə qanunvericiliyinə uyğunluğunun yoxlanılması işlərini həyata keçirir.
Şirkət üçün sorğuların təmin edilməsi
Norma Hüquq və Konsultasiya Mərkəzi şirkət üçün sorğuların təmin edilməsi xidməti ilə şirkətə fəaliyyəti üzrə lazım olan məlumatların dövlət qurumlarından, habelə publik hüquqi şəxslərdən, rezident və qeyri-rezident özəl şirkətlərdən, rezident və qeyri-rezident banklardan və bank olmayan kredit təşkilatlarından sorğular vasitəsilə əldə edilməsinin təmin edilməsi işlərini həyata keçirir.
Şirkətə alqı-satqı və icarə işlərində hüquqi dəstək
Mərkəzimiz şirkətə alqı-satqı və icarə işlərində hüquqi dəstək xidməti ilə daşınar və daşınmaz əmlakın alqı-satqısı zamanı hüquqi müşayətin təmin edilməsi, daşınar və daşınmaz əmlakın icarəyə götürülməsində hüquq xidməti, icarəyə və ya subicarəyə verilmə işində hüquqi dəstək verilməsi işlərini həll edir.
Bu xidmət ilə mərkəzimiz şirkətin ölkə daxilində və xaricində fəaliyyət göstərən filial və nümayəndəliklərinə hüquqi dəstəyin göstərilməsi, ayrıca hüquqi şəxs statusunda olub, tabe olmayan şirkətlərin fəaliyyətinin tənzimlənməsində hüquqi dəstəyin təmin edilməsi, xaricdə fəaliyyət göstərən filial və nümayəndəliklərin, eləcə də ayrıca hüquqi şəxs statusunda olan tabe şirkətlərin fəaliyyət göstərdikləri ölkənin qanunvericiliyinə dair hüquqi məsləhətlərin verilməsi, zəruri olduqda xarici ölkə qanunvericiliyinə dair yazılı rəyin hazırlanması işlərini həyata keçirir.
Şirkətin qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması
Şirkətin qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması xidməti ilə şirkətin məsul əməkdaşlarının şifahi və ya yazılı sorğuları əsasında ölkə qanunvericiliyinə dair məlumatlandırılması, şirkətin fəaliyyət istiqamətlərinə uyğun olarq qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı mütəmadi xəbərdar edilməsi məsələlərini həyata keçirir.
Maliyyə, audit, vergi və mühasibatlıq xidmətinin göstərilməsi
Norma Hüquq və Konsultasiya Mərkəzi maliyyə, audit, vergi və mühasibatlıq xidməti ilə şirkətin mühasibat uçotunun qurulması, sosial sığorta və statistik hesabatların aylıq, rüblük və illik hazırlanması və göndərilməsi, vergi və mühasibat uçotuna dair konsultasiyalar, vergi uçotunun hazırlanması və vergi xidmətinə təqdim edilməsi və vergi uçotu ilə bağlı konsultasiyaların, o cümlədən maliyyə, mühasibatlıq sənədlərinin və hesabatlarının auditinin hazırlanması işlərini yerinə yetirir.
Hr xidmətlərinin həyata keçirilməsi
Yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi
Yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi xidməti ilə şirkətin ölkə daxilində və xaricində fəaliyyət göstərən filial və nümayəndəliklərinin vəkil dəstəyi ilə təmin edilməsi, şirkətə hüquqi şəxs statusunda olub tabe olan şirkətlərin ölkə daxilində və xaricində vəkil dəstəyi ilə təmin edilməsini təşkil edir.
Şirkətə illik tam hüquqi xidmət paketi
Norma Hüquq və Konsultasiya Mərkəzi şirkətə tam hüquqi dəstək paketi ilə şirkətin sənədlərinin hüquqi analizi, şirkət müqavilələrinin ekspertizası və hazırlanması, şirkətə alqı-satqı və icarə işlərində hüquqi dəstək, yerli və xarici şirkətlər, onların yerli və xarici filial və nümayəndəlikləri ilə bağlı tam hüquqi dəstək, şirkətin qanunvericiliklə bağlı mütəmadi məlumatlandırılması, maliyyə, audit, vergi və mühasibatlıq xidmətinin göstərilməsi, HR xidmətlərinin həyata keçirilməsi və yerli və xarici şirkətlərin ölkə daxilində və xaricdə vəkillə təmin edilməsi işlərini yerinə yetirir.
Korporativ işlərinizi Norma Hüquq və Konsultasiya Mərkəzinə həvalə edin!
Şirkətinizin hüququnu Norma ilə qoruyun!