Körpələrə xəstəxanalarda süni qida verilməsi  QANUNSUZLUQDUR  - RƏSMİ
24 iyun 2021 15:31 (UTC +04:00)

Körpələrə xəstəxanalarda süni qida verilməsi QANUNSUZLUQDUR - RƏSMİ

“Ananın icazəsi olmadan xəstəxanalarda körpələrə süni qida verilməsi qanunsuzluqdur”.

Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib. O bildirib ki, körpələrə süni qida vermək üçün mütləq anadan icazə alınmalıdır:

“Bəzən elə olur ki, reanimasiyadakı ana uşağını südlə doyura bilmir. Bu vəziyyətdə və çox az istisna hallarda onlara süni qida vermək olmaz.

Anaların südü tam şəkildə 7-10 gün ərzində bərpa olur. İlk günlər analarda olan süd körpəyə bəs edəcək qədərdir. Bəzən pediatrlar deyirlər ki, qadın iki-üç gündür ana olub və onun südü körpəyə bəs deyil. Bu, tamamilə yanlış fikirdir”.

A.Zeynalova əlavə edib ki, körpəyə süni qida verilməsi xəstəxana və ananın birgə qərarı əsasında baş tuta bilər:

“Əgər ananın icazəsi olmadan körpəyə süni qida verilərsə, ananın haqqıdır ki, bundan şikayətçi olsun. Bu barədə ana Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət ünvanlaya bilər”.

# 1929
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar