Koronavirusu aşkarlayan arılar yetişdirilir -  “Daha tez və ucuz ...”
07 may 2021 17:55 (UTC +04:00)

Koronavirusu aşkarlayan arılar yetişdirilir - “Daha tez və ucuz ...”

Niderlandda “Wageningen” Universitetinin alimləri koronavirusu aşkarlamaq üçün arılar yetişdirməyə başlayıblar.

Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, alimlər bəyan ediblər ki, arılar bir neçə saniyəyə virusu aşkarlaya bilirlər. Buna səbəb isə onların iybilmə duyğusunun yaxşı inkişaf etməsidir.

Qeyd edilib ki, arıların virusu təyin edə bilməsi daha tez və ucuz başa gələcək.

Maraqlı məqam isə bundan ibarətdir ki, alimlər koronavirusu aşkarlayan arıları şirin su ilə mükafatlandırıblar, aşkarlamağı bacarmayanlara isə şirin su verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar