Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə ŞAD XƏBƏR
21 dekabr 2020 11:07 (UTC +04:00)

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə ŞAD XƏBƏR

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1 618 tibb işçisinə müddətli əlavə ödənilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, noyabr ayı üçün nəzərdə tutulan əlavənin dəyəri 1, 4 milyon manat olub.

İşçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart 112 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il 442 nömrəli qərarına əsasən əlavə ödəmələr nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar