Koronavirusla bağlı  SON STATİSTİKA
18 iyun 2021 16:31 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1099 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, ötən müddət ərzində isə ümumilikdə 3 661 027 test aparılıb.

# 1485
avatar

Oxşar yazılar