Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 77 718 154 nəfərə çatıb.
Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 10:00-a qədər koronavirusdan 1 709 011 xəstə ölüb, 54 593 399 nəfər sağalıb.
Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 203 593 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 nəfərdir.