Koronavirusla bağlı son STATİSTİKA
16 iyul 2021 09:10 (UTC +04:00)

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 189 747 735 nəfərə çatıb.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 4 083 235 xəstə ölüb, 173 164 332 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 791 nəfərdir.

# 1332
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar