15:36 21 yanvar 2021

Koronavirusla bağlı son STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 97 395 653 nəfərə çatıb.

Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 2 085 622 xəstə ölüb, 69 955 704 nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib, aktiv xəstə sayı 7 367 nəfərdir.

# 687
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar