Koronavirusla bağlı məktəblərdə  VƏZİYYƏT:  6 şagird...
24 sentyabr 2021 16:14 (UTC +04:00)

Koronavirusla bağlı məktəblərdə VƏZİYYƏT: 6 şagird...

Sentyabrın 23-də məktəblərin girişində 3 şagird və 1 müəllimdə yüksək temperatur qeydə alınıb.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, 6 şagird sinifdən təcrid olunaraq izolyasiya otaqlarına yerləşdirilib:

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub. Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib.

Eyni zamanda məktəblərin həyətyanı ərazilərində sosial məsafənin saxlanılması üçün işarələnmələr aparılıb, maarifləndirici lövhələr yerləşdirilib. Bundan başqa, məktəbə daxil olan hər bir şagirdin temperaturu ölçülüb. İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində mütəmadi olararaq dezinfeksiya işləri həyata keçirilir".

# 3372
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar