Koronavirusdan ölən yoxdur -  SON STATİSTİKA
03 iyul 2021 16:32 (UTC +04:00)

Koronavirusdan ölən yoxdur - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10428, ötən müddət ərzində isə ümumilikdə 3 778 410 test aparılıb.

# 2052
avatar

Oxşar yazılar