Koronavirusdan daha 7 nəfər öldü - SON STATİSTİKA
07 sentyabr 2022 16:32 (UTC +04:00)

Koronavirusdan daha 7 nəfər öldü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, 9 838 nəfər vəfat edib, aktiv xəstə sayı 3 189 nəfərdir.

Ölkədə son sutka ərzində 4 343, hazırkı dövrədək isə 7 180 867 test aparılıb.

# 2349
avatar

Oxşar yazılar