Koronavirusdan daha 4 nəfər öldü -  SON STATİSTİKA
30 sentyabr 2022 16:33 (UTC +04:00)

Koronavirusdan daha 4 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, 9917 nəfər vəfat edib, aktiv xəstə sayı 936 nəfərdir. Ölkədə son sutka ərzində 2400, hazırkı dövrədək isə 7 249 967 test aparılıb.

 

# 2082
avatar

Oxşar yazılar