Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, 9 913 nəfər vəfat edib, aktiv xəstə sayı 1 024 nəfərdir.
Ölkədə son sutka ərzində 2 456, hazırkı dövrədək isə 7 247 567 test aparılıb.