Koronavirusdan 8 nəfər öldü -  SON STATİSTİKA
02 sentyabr 2022 16:40 (UTC +04:00)

Koronavirusdan 8 nəfər öldü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 8 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, 9 813 nəfər vəfat edib, aktiv xəstə sayı 3 346 nəfərdir.

Ölkədə son sutka ərzində 3 191, hazırkı dövrədək isə 7 162 508 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Oxşar yazılar