Koronavirusdan  8 nəfər öldü   - SON STATİSTİKA
22 avqust 2022 16:32 (UTC +04:00)

Koronavirusdan 8 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9 793 nəfər vəfat edib, aktiv xəstə sayı 3 698 nəfərdir.

Ölkədə son sutka ərzində 2 280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7023
avatar

Oxşar yazılar