Koronavirusdan 41 nəfər öldü -  SON STATİSTİKA
01 sentyabr 2021 18:14 (UTC +04:00)

Koronavirusdan 41 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370002 nəfər müalicə olunaraq sağalıb, 5677 nəfər vəfat edib, aktiv xəstə sayı 53057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19102, ötən müddət ərzində isə ümumilikdə 4481039 test aparılıb.

 

# 2379
avatar

Oxşar yazılar