“Yumşalmalar yoluxmaların sayının artmasına səbəb olub. Gündəlik yoluxmalar ümumi testlərin sayında payını artırır. Say artdıqca ölənlərin sayı da artır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan da yumşalmalara getmişdi: “Yumşalmalar yoluxma sayının artmasına səbəb olub. Bu gözlənilən idi”.