Koronavirusa yoluxan institut direktorundan  SON XƏBƏR
19 noyabr 2021 16:13 (UTC +04:00)

Koronavirusa yoluxan institut direktorundan SON XƏBƏR

COVID-19-a yoluxan tarix üzrə elmlər doktoru, professor, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun 14 günlük karantin müddəti bitib.

Bunu Lent.az-a açıqlamasında direktorun qızı Lalə Şükürova deyib.

O bildirib ki, artıq evdədir: “Atam artıq xəstəxanadan çıxıb və vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, Kərim Şükürov noyabrın 1-də koronavirusa yoluxub. Ayın 7-də isə vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

# 2214
avatar

Aytəkin Cəlali

Oxşar yazılar