Koronavirusa yoluxma statistikası
30 dekabr 2020 17:04 (UTC +04:00)

Koronavirusa yoluxma statistikası

Koronavirus statistikası: 1052 nəfər yoluxdu, 4067 nəfər sağaldı, 34 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 053 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.

# 1560
avatar

Oxşar yazılar