Koronavirus nəticələri PZR analizi ilə təsdiqlənməlidir -  AÇIQLAMA
26 avqust 2021 17:23 (UTC +04:00)

Koronavirus nəticələri PZR analizi ilə təsdiqlənməlidir - AÇIQLAMA

"COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir".

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə məlumat verib. O bildirib ki, bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur:

"Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm antigen, həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir.

Hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil.

Koronavirusunun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca təsdiqləyici test bütün dünyada PZR testidir.

ÜST-ün açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3102
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar