Kolbasa sexində yoxlama:  vaxtı keçmiş, kifli məhsulları...
21 may 2021 16:03 (UTC +04:00)

Kolbasa sexində yoxlama: vaxtı keçmiş, kifli məhsulları...

Kolbasa məhsullarının saxlandığı anbarda yoxlama keçirilib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, agentlik əməkdaşları Şamaxı şəhəri, M. Rəsulzadə küçəsində yerləşən kolbasa məhsullarının saxlandığı sahədə yoxlama keçirib. Yoxlama zamanı anbarın ümumi vəziyyətinin istifadəyə yararsız olduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istifadə müddəti bitmiş, istehsal və son istifadə müddəti qeyd olunmamış, kif və göbələklərlə sirayətlənmiş, üzərində istehsal və son istifadə tarixləri qeyd olunmamış məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq məhsulların toxunulmazlığı təmin edilməklə saxlanca verilib. Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar