Kofe içmək yorğunluğu götürmür, yalnız onu götürürmüş kimi bir effekt yarada bilir, bir növ ört-basdır edir.
Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Moskva 5 saylı Diaqnostika mərkəzinin şöbə müdiri Denis Prokofyev deyib. Həkim kofeni narkotika ilə müqayisə edərək bildirib ki, onun da tərkibi kofeindi və asılılıq yaradır:
“Yorğunluq zamaanı beyin adenozin adlı hormon ifraz edir. O yuxulama, əsəsb sisteminin tormozlanması kimi hallar yaradır. Kofe orqanizmə daxil olanda əsəb sistemi reaksiya verir, amma sakitləşmir - stimullu fəaliyyətə keçir. Kofe içən adam da elə bilir ki, gümrahlaşdı, aşkarda isə ürək döyüntüsü artır və nəticədə taxikardiya, arıtmiya və hətta infarkta gətirib çıxarır”.
Həkimin fikrincə, kofe aludəçiliyi mədənin xorası ilə də nəticələnir. Kofe orqanizmdə ona lazım olan vitaminləri məhv edir.
Bir sözlə, kofe adamı asta-asta öldürür.
Həkim məsləhət görür ki, kofeni yalnız eyni miqdarda su ilə içmək lazımdır.
Ən doğrusu isə səhərlər kofeni hərəkətlə əvəz etməkdir - o halda həqiqi gümrahlığın nə olduğunu biləcəksiniz.