Kiyevdəki azərbaycanlılara ÇAĞIRIŞ:  pulsuz reys var -VİDEO  -YENİLƏNİB
05 mart 2022 23:00 (UTC +04:00)

Kiyevdəki azərbaycanlılara ÇAĞIRIŞ: pulsuz reys var -VİDEO -YENİLƏNİB

Xəbərə video əlavə edilib.

***

18.37

“Sabah saat 11:00-da Kiyevdən avtobusla İstanbul şəhərinə azərbaycanlıların təxliyəsi planlaşdırılır”.

Bunu Lent.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov bildirib. 

O qeyd edib ki, Kiyev-İstanbul reysinin biletləri Kiyev azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının təsisçisi və İdarə heyətinin üzvü Oleq Krapivin tərəfindən ödəniləcək: "İlk növbədə uşaqlar, yaşlılar, xanımlar və ailəli olanlar yola salınacaqlar. İstanbuldan Bakıya getmək istəyənlər isə bunu öz hesablarına edə biləcəklər. Kiyevdən İstanbula təxliyə olunmaq istəyənlər bu nömrə ilə əlaqə saxlasınlar: +380 (98) 949 70 38”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4567

Oxşar yazılar