Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu Şirvan şəhərində dəfn olunub.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, zabit anadan olduğu Şirvan şəhərində, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestrin müşayiəti ilə keçirilən dəfn mərasimində yaylım atəşi açılıb.
Mərasimdə hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.