Keçmiş nazir yeni vəzifədə -  RƏSMİ
05 aprel 2021 16:11 (UTC +04:00)

Keçmiş nazir yeni vəzifədə - RƏSMİ

AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru seçilib.

AMEA-dan Lent.az-a verilən məlumata görə,  Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının 2021-ci ilin 2 aprelində həyata keçən onlayn iclasında AMEA- Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun  namizədliyi irəli sürülüb.

Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3516
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar