Keçmiş deputat vəfat etdi -  FOTO
11 iyun 2021 10:07 (UTC +04:00)

Keçmiş deputat vəfat etdi - FOTO

Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

Lent.az məlumat verir ki, keçmiş deputat bu gün doğulduğu Gəncə şəhərində dəfn ediləcək.

Aslan Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

A.Abbasov Milli Məclisinin I çağırış (1995-2000-ci illər) deputatı olub. O, Yeni Azərbaycan Partiyasının deputatı olaraq parlamentdə 32 saylı İkinci Kəpəz seçki dairəsini təmsil edib.

1995-ci il noyabrın 12-də 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib.

Sonradan Azərbaycan Texnologiyalar Universitetində prorektor vəzifəsində çalışıb.

Əlavə edək ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

# 4341
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar