May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında COVID-19 əleyhinə peyvəndləmənin birinci dozasının tətbiq edildiyi jurnalistlərə peyvəndin ikinci dozası vurulacaq.
Şuradan Lent.az-a verilən məlumata görə, aprel ayının 9-da peyvəndləmədən keçən media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-də birinci doza vurulanlara aprelin 16-da ikinci doza vurulacaq.
Aprelin 26-da peyvəndin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, peyvəndləmə Mətbuat Şurasının binasında keçiriləcək.