Jurnalistlər COVID-19 pasportunu haradan əldə edə bilərlər? - RƏSMİ CAVAB
08 iyun 2021 16:08 (UTC +04:00)

Jurnalistlər COVID-19 pasportunu haradan əldə edə bilərlər? - RƏSMİ CAVAB

Jurnalistlər Mətbuat Şurasında vaksinasiya olunduqdan sonra COVİD-19 pasportunu haradan əldə edə bilərlər? 

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, "COVID pasportu"nu hər bir şəxs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet ünvanına (https://its.gov.az/) daxil olmaqla müvafiq proseduru (e-xidmətlər bölümündə şəxsi kabinetə daxil olub) yerinə yetirib elektron qaydada əldə edə bilər.

Ətraflı izah sözügedən qurumun sosial şəbəkə hesablarında da yerləşdirilib. 

Qeyd edək ki, jurnalistlər Mətbuat Şurasında peyvənd olunmaqlarına rəğmən "COVID pasportu"nu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet ünvanına daxil olmaqla əldə etməlidirlər.

# 2394
avatar

Nigar Adil

Oxşar yazılar