İtirdiyimiz insanları yuxuda görmək bizə nə deyir? - Psixoterapevtdən CAVAB
27 avqust 2022 19:30 (UTC +04:00)

İtirdiyimiz insanları yuxuda görmək bizə nə deyir? - Psixoterapevtdən CAVAB

Ömrümüzün 3-də 1-ni yataraq keçiririk. Ancaq bu qədər yatmağımıza baxmayaraq, çox az hallarda yuxu görürük. Daha doğrusu, gördüyümüz yuxuların çox az hissəsi yadımızda qalır. Bəzən də gördüyümüz yuxu ömrü boyu yadımızdan çıxmır.

Maraqlıdır, bu yuxu görmə prossesi necə baş verir? Yuxuların real həyatla bağlantısı var mı? Rəngli və rəngsiz yuxuların mənaları nələrdir?

Lent.az-ın APATV-yə istinadən xəbərinə görə, həkim psixoterapevt, klinik psixoloq Əli Nağıyev deyir ki, yuxu fizioloji prossesdir: “Yuxugörmə də psixo-fizioloji prossesdir. Yuxunu görmək məsələsi belədir: Beyin qabığının xüsusi sahələri biz yatdığımız zaman oyaq qalır. Və oyanıq sahələri görməyə başlayırıq. Yuxunun sadə izahı budur.”

Psixoloq qeyd edir ki, şüuraltımıza yeritdiyimiz mövzular sonradan bizim həyatımıza ciddi təsir edə bilər. Görəsən hər kəsmi yuxuların təsirində qalır?

Bəs rəngli yuxular nə ilə bağlıdır? Niyə bu qədər nadir hallarda rəngli yuxu görürük?

Mütəxəssis Məryəm Teymurun sözlərinə görə burda da məsələ insanın enerjisindən, düşüncə tərzindən asılıdır: “İnsanların çoxu özlərini neqativə kökləyir, oxuduğu xəbərlərdən neqativ hadisələri özünə götürür, və o enerjiyə girib onu yaşayır. Bəzən yuxuda bunun başqa olanını da görür. Çox vaxt bizim ürəyimizdə unutmadığımız hisslər qalır, bu itki olur əsasən. İtirdiyimiz insanları gördükdə biz onu bir mesaj, bir xəbərdarlıq kimi qəbul edirik. Yox, bizim bədənimiz “özünü qoruma” refleksini işə salır. Və beynimizdə toplanan neqativ, pozitiv, qara, ağ, onlarla bizə yuxuda müxtəlif ssenarilər göstərir. Yenə də onu idarə etmək olar. İtirdiyimiz hər şeyi bağışlayıb, qəbullanmaq lazımdır. Onun yerini bilimlə, elmlə doldurmaq lazımdır.”

Məryəm Teymur deyir ki, nəyi daha çox düşünüb, istəyiriksə, o hadisənin reallaşmaq ehtimalı da çoxalır: “Bu bir emosiyadır, yaranır və biz ona gün boyu kökləniriksə, enerjimizi yükləyiriksə, istər-istəməz onu yaşadırıq, həyata keçiririk. Çünki hər şey bir dalğadır, radio dalğası kimi, onu hara çevirirsən, ordan da səs gəlir.”

Bəs yuxuları idarə etmək həqiqətən də mümkündürmü? Yuxu görmürüksə, necə, bu hansısa xəstəlikdən, təhlükədənmi xəbər verir?

Klinik psixoloq Əli Nağıyev bu barədə danışıb: “İnsanlar aqressiv təfəkkürdə və hər şeyi idarə etmə istəyində olduqda onun yuxusu pozulur. Çünki onlar gün ərzində hər şeyi idarə edə bilirlər amma yuxuda yox. Onlar yuxunu da idarə etmək istəyirlər. Onlar mükəmməlliyyətçi, narsist və eqoist olurlar. Bunun idarəsi üçün xüsusi məktəblər var ki, güya yuxunu kodlaşdırıb idarə edirlər. Bu mümkündür amma özümüzə sual verməliyik ki, bu nəyə lazımdır? Axı sən onda rahat yatmırsan. Sağlam yuxu zamanı yuxugörmə olmamalıdır, özünü ali varlığa – Allaha tapşırıb, rahat yatmalı və rahat oyanmalısan.

Yuxularla bağlı bu qədər... özümüzü yaxşıya kökləyək ki, hər şey də yaxşılıqla nəticələnsin. Yuxunuz isə həmişə şirin olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4788
avatar

Oxşar yazılar