İstanbul hava limanı uçuşları  bərpa edir
26 yanvar 2022 16:27 (UTC +04:00)

İstanbul hava limanı uçuşları bərpa edir

İstanbul hava limanından uçuşların bərpası davam edir. 

Lent.az bildirir ki, bu barədə İstanbul Hava Limanının rəsmi “Twitter” hesabında məlumat paylaşılıb. 

Bildirilir ki, bu gün aeroportda 681 təyyarənin gəlişi və gedişi nəzərdə tutulur. Artıq iki uçuş və enmə zolağı açıqdır, üçüncü zolaq isə tezliklə açılacaq. 

Qeyd edək ki, paylaşımda sərnişinlərin hava limanına gəlmədən əvvəl uçuşların vaxtını dəqiq yoxlamalarına çağırış edilib. 


 

# 1056
avatar

Sevinc Fərid

Oxşar yazılar