İşləməyənlərə də  dəfn pulu veriləcək
22 may 2024 11:19 (UTC +04:00)

İşləməyənlərə də dəfn pulu veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara, işləyən və digər şəxslərə dəfn müavinəti verir.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə həmin vəsait ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə bunu sürətlişəkildə təmin edə biləcəyik”, - deyə nazir bildirib.

Qeyd edək ki, iclasda komitə sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.

O bildirib ki, Azərbaycan dövləti vətəndaş doğulandan dünyasını dəyişənə qədər onu himayə edir, qayğı göstərir:

"Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilsin. Məsələnin gündəmdə qalmağı yaxşı olar. Bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4974
avatar

Oxşar yazılar