İmtahanlar onlayn keçirilə bilər? – Ekspertdən AÇIQLAMA
30 mart 2021 11:31 (UTC +04:00)

İmtahanlar onlayn keçirilə bilər? – Ekspertdən AÇIQLAMA

“Hamı deyəcək ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. Bunlar həll oluna bilən problemlərdir”.

Lent.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib. Maraqlıdır dərslər onlayn-distant qaydada olursa, imtahanlar niyə ənənəvi keçirilməlidir? İmtahanlar da onlayn keçirilə bilərmi?

Ekspert paylaşımında bu sualları cavablayıb.

Təhsil eksperti Kamran Əsədov

“Şagirdlər 15 gün sonra məktəbə getmədən buraxılış imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb. Düzdür, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var.  Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbulunu başlamayıb. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib çıxarır.  Yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas dövrlərində gərginliyə səbəb olur. Qısası, bizi çətin dövr gözləyir. Məktəbə getməyənlərin nəticələri elan olunandan sonra bunun məktəbin adına, Təhsil Nazirliyinin fəaliyyətinə aid olmasından tutmuş, bunu öz uğurlu fəaliyyəti kimi təqdim edəcək İcra hakimiyyətlərinə qədər bir qurum bu proseslərdə şagirdləri ilə maraqlanmır.  Ümid edirəm ki, DİM yaxın günlərdə elektron ərizə qəbuluna başlayacaq. Artıq ilk imtahana 15 gün qalıb. Əvvəlki illərin məzunlarının imtahan təsirləri martın sonunda elan olunacaq deyilmişdi, amma hələ də rəsmi məlumat yoxdur. Ola bilsin ki, hələ mart ayı tam sona çatmayıb, ona görə qalıb. Ümumiyyətlə, bu il həm Təhsil nazirliyi həm də DİM şagirdlərin və abituriyentlərin talelərinə laqeyd münasibət göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar