İmtahan nəticələri elan edildi -  DİQQƏT
10 sentyabr 2021 16:01 (UTC +04:00)

İmtahan nəticələri elan edildi - DİQQƏT

2021-ci il sentyabrın 9-da keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, şagirdlər imtahan nəticələri ilə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərlər.

Bundan əlavə, mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də nəticələri öyrənmək mümkündür.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticəsi:
https://eservices.dim.gov.az/2021/netorta/?frm=egov
Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanının nəticəsi:
https://eservices.dim.gov.az/2021/netazd/?frm=egov

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticəsinin isə yaxın 4 gün ərzində elan olunması nəzərdə tutulur. Nəticəsi elan olunan imtahanlarla bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 sentyabr tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 11-13 sentyabr tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

# 3675
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar