“İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz etmək üçün Azərbaycanda tətbiq olunan hər hansı vaksinin 2 dozasını qəbul etməklə, “Peyvənd sertifikatı” əldə etmək mümkündür".
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib. Qeyd edilib ki, https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir:
"2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq".