İmişlidə direktorun şagirdi döyməsi  ilə bağlı araşdırma BAŞLADI
29 yanvar 2026 14:45 (UTC +04:00)

İmişlidə direktorun şagirdi döyməsi ilə bağlı araşdırma BAŞLADI

0

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin direktor tərəfindən zorakılığa məruz qaldığı iddia olunur.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır:

"Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək.

Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar