Xankəndi məhkəməsi Ağdərədəki şirkəti 20 min manat CƏRİMƏLƏDİ
29 yanvar 2026 10:46 (UTC +04:00)

Xankəndi məhkəməsi Ağdərədəki şirkəti 20 min manat CƏRİMƏLƏDİ

0

Ağdərədə pozuntuya yol verən şirkət külli miqdarda cərimələnib.

Lent.az xəbər verir ki, şəhərdə yenidən-bərpa fəaliyyəti göstərən MMC-lərdən biri iki işçini əmək müqaviləsi olmadan işlədib.

Məlumata görə, Ağdərənin Ortakənd kəndində fəaliyyət göstərən həmin şirkətin sözügedən əməkdaşları sürücü və santexnik vəzifələrində işləyiblər. Lakin MMC onlarla əmək mqaviləsi bağlamayıb və məlumatları elektron sistemə daxil etməyib. Nəticədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozub.

Tərtər rayon prokurorluğunun araşdırdığı məsələ baxılması üçün Xankəndi şəhər Məhkəməsinə göndərilib.

Xankəndi şəhər Məhkəməsinin qərarı ilə MMC barəsində 20 min manat cərimə cəzası təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar