Ölümlə   nəticələnən həmin qəzanın səbəbi TELEFON   imiş
29 yanvar 2026 10:22 (UTC +04:00)

Ölümlə nəticələnən həmin qəzanın səbəbi TELEFON imiş

0

Samuxda fəhlələri daşıyan mikroavtobusun qəza törətməsinə səbəb sürücünün telefon istifadə etməsi olub.

Lent.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilir ki, Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi “QAZel” markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.

Məlumata görə, V.Əsgərovun atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır və geri dönməz nəticələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir.

Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar