İltimas Məmmədov Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətində şöbə rəisi təyin olunub.
Lent.az xəbər verir ki, bu barədə Xidmət açıqlama yayıb.
“Bir sıra saytlarda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır. İltimas Məmmədov hazırda Xidmətdə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və öz bilik, bacarıq və peşəkar təcrübəsindən səmərəli istifadə etməklə xidməti vəzifələrinin öhdəsindən məharətlə gəlir. Baş Prokurorluq tərəfindən dəfələrlə media nümayəndələrinə müraciət edilərək rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş, təhrif olunmuş məlumatların yayılmaması xahiş olunsa da, təəssüf ki, bəzi media subyektləri tərəfindən peşəkar jurnalistika fəaliyyətinə riayət edilmədən bu növ məlumatlar yayılmaqdadır. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidməti media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir”, - deyə Xidmətin açıqlamasında deyilir.