İlin ilk günündə koronavirusa yoluxmanın STATİSTİKASI
01 yanvar 2023 16:45 (UTC +04:00)

İlin ilk günündə koronavirusa yoluxmanın STATİSTİKASI

Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Lent.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 826 427 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 815 946 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 473 nəfərdir.

Ölkədə son sutka ərzində 1 365, hazırkı dövrədək isə 7 432 124 test aparılıb.

# 2358
avatar

Oxşar yazılar