İlan sancanların sayı  AÇIQLANDI
02 sentyabr 2021 14:29 (UTC +04:00)

İlan sancanların sayı AÇIQLANDI

“Avqust ayında ilan (gürzə) sancması ilə bağlı Klinik Tibbi Mərkəzə (KTM) 16 müraciət daxil olub”.

Bu sözləri Lent.az-a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, 16 nəfərdən 3-ü azyaşlı olub:

“Sözügedən müddət ərzində əqrəb sancmasından isə 2 nəfər müraciət edib".

A.Maqsudov qeyd edib ki, sancmalar səbəbindən ölüm halı qeydə alınmayıb.

# 1875
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar