İki rayonun baş həkimi  İŞDƏN ÇIXARILDI  - YENİLƏNİB
05 noyabr 2021 16:23 (UTC +04:00)

İki rayonun baş həkimi İŞDƏN ÇIXARILDI - YENİLƏNİB

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib. 

Lent.az xəbər verir ki, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, bu ilin avqustunda İ.Mustafayevə cinayət işi açılıb. 

***

saat 13:01

Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirdilər ki,  Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq noyabrın 4-də Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqaviləyə xitam verilib:

“İş müqaviləsi başa çatıb, yeni müqavilə imzalanmayıb".  

# 9183
avatar

Aytəkin Cəlali

Oxşar yazılar