İki rayona yeni prokuror  təyin edildi
04 iyun 2024 16:30 (UTC +04:00)

İki rayona yeni prokuror təyin edildi

Baş Prokurorluqda yeni təyinatlar olub. 

Baş prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 

Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin edilib.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15309
avatar

Oxşar yazılar