İki insanın olduğu  yeni yol   nişanı: bu nə deməkdir?
02 fevral 2025 16:34 (UTC +04:00)

İki insanın olduğu yeni yol nişanı: bu nə deməkdir?

Yol nişanı sürücülərin əhval-ruhiyyəsini yüksəltmək üçün tikinti şirkəti tərəfindən qoyulub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iyun ayında Böyük Britaniyanın Hessle şəhərində orijinal yol nişanı peyda olub, üzərində “Mehriban olun” yazısı var.

"Şəhərdəki Kvinz Dok Avenyu prospektindəki lövhə Dəniz muzeyində aparılan təmir işləri zamanı tikinti şirkəti MB Roche tərəfindən quraşdırılıb. Direktor Metyu Roş firmanın bu ayın sonunda keçiriləcək Qürur bayramı ərəfəsində insanların üzlərində təbəssüm yaratmağa ümid etdiyini söyləyib", - xəbərdə vurğulanır. 

MB Roche inşaat mühəndisliyi öz obyektlərinin yaxınlığında quraşdırılmış yaradıcı və yumoristik yol nişanları ilə sürücüləri dəfələrlə təəccübləndirir. Bütün işarələr yerli Hall dialektində yazılıb.

Yol polisinin qeyri-rəsmi yol nişanlarının sahibi kimi MB Roche inşaat mühəndisliyinə etirazı yoxdur, çünki onların dizaynı və məzmunu aldadıcı deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar