İdman zallarında qiymətlər: 90, 100, 150...
31 oktyabr 2022 17:26 (UTC +04:00)

İdman zallarında qiymətlər: 90, 100, 150...

İnsanların sağlam olmaq və formada qalmaq istəyi gündən-günə  artır. Bu səbəbdən insanların idman zallarına getmək istəkləri yüksəldir. Bəs, sağlam bədənə və gözəl quruluşa sahib olmaq üçün nə qədər pul xərcləməliyik? 

Lent.az Bakıdakı idman zallarının qiymətləri ilə bağlı araşdırmanı təqdim edir:

Paytaxtda yerləşən “Old City Gym” fitnes zalına bir ay ərzində həftədə 3 dəfə giriş 25 manat, bir ay ərzində limitsiz giriş isə 30 manat təşkil edir. Bildirək ki, bu idman zalına həftənin 2,4,6-cı günlərində gələnlərə giriş haqqı 20 manatdır. 

Kral Fitnes Club”da və “Wolf Fitnes”də giriş həftədə 3 dəfə olmaqla 12 gediş 40 manat, ay ərzində limitsiz isə 50 manatdır. 

Atilla” fitnesdə bir ayda ərzində həftədə 3 gediş 50 manat, limitsiz 70 manatdır. 

Limak” Fitnes Parka aylıq 3 giriş 70 manat, limitsiz 90 manat təşkil edir. 

Life” Fitnes Qadın Klubunda aylıq 3 giriş 80 manat təşkil etsə də, ay ərzində limitsiz giriş yoxdur.

Atrium” İdman və Əyləncə Kompleksində digərlərindən fərqli olaraq qiymətlər yüksəkdir. Burada bir ay ərzində həftədə 3 giriş 100 manat, limit isə 140 manat təşkil edir. Qeyd edək ki, bu qiymətə hovuz da daxildir. 

Green Fitnes and Spa”da aylıq 12 giriş 100 manat, aylıq limitsiz 150 manatdır. 

AAAF” İdman Mərkəzində aylıq 12 giriş qadınlar üçün 50 manat, kişilər üçün 60 manatdır. Limitsiz isə qadınlarda 70 manat, kişilərdə 80 manat təşkil edir.

Fitbody Gym”də aylıq 12 giriş 40 manat, limitsiz isə 60 manatdır. Bu idman zalında dostunu gətirənlərə 20 faiz endirim olunur. Amma bu yalnız qadınlara aiddir. 

Black Club” idman mərkəzində şərtlər digərlərindən fərqlidir. Burada yalnız bir qiymət var: 70 manat. Bu da bir aylıq limitsiz istifadəyə daxildir. Eyni zamanda, burada ilk məşq pulsuzdur. 

Nurşən Fitnes Spa” mərkəzində həftədə 3 dəfə olmaqla bir aylıq giriş 70 manat, limitsiz 100 manatdır. Lakin əlavə olaraq qiymətə sauna, çay və kofe daxildir. 

Olimpik Star”da bir ay ərzində 12 gediş 60 manat, limitsiz 90 manatdır. 

Orbita Gym Fitnes”də 12 gediş 50 manat, limitsiz 60 manatdır. 

Sapfir” Fitnes Spa Mərkəzində aylıq 50 manat 12 gediş, 80 manat limitsiz giriş təşkil edir. 

Qeyd edək ki, qiymətlərə zalda işlədiyi zaman məşqçi məsləhəti daxildir. Amma bu məşqçinin idman boyu yalnız sizinlə məşğul olacağı anlamına gəlmir. Bu, sadəcə zaldakı idman alətlərindən düzgün istifadə etməyiniz üçündür. 
 

# 2166
avatar

Fidan İlqar

Oxşar yazılar

Magistratura üçün  sınaq imtahanının   nəticələri AÇIQLANDI

Magistratura üçün sınaq imtahanının nəticələri AÇIQLANDI

30 yanvar 2023 , 18:28
Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

Səfirliyimizə hücum zamanı yaralananların SON DURUMU

30 yanvar 2023 , 14:11
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

30 yanvar 2023 , 12:49
Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO  -VİDEO

Şəhid Orxan Əsgərov dəfn edildi -FOTO -VİDEO

30 yanvar 2023 , 12:38
Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO -YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi İkinci Şəhidlər Xiyabanına gətirilib-FOTO-YENİLƏNİB

30 yanvar 2023 , 12:14
10 ton   süd məhsulları məhv edildi - Azərbaycanda

10 ton süd məhsulları məhv edildi - Azərbaycanda

30 yanvar 2023 , 11:40
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO - VİDEO  - YENİLƏNİB

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib -FOTO- VİDEO - YENİLƏNİB

30 yanvar 2023 , 11:35
Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

Azərbaycanın bu ərazilərində sular kəsilib - SƏBƏB

30 yanvar 2023 , 10:10