İctimai iaşə obyektlərində REYDLƏR BAŞLADI
22 may 2021 15:50 (UTC +04:00)

İctimai iaşə obyektlərində REYDLƏR BAŞLADI

AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 21-də ölkə üzrə 453 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. 

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Hazırda AQTA müfəttişləri tərəfindənrespublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar