İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları AŞKAR EDİLİB
27 aprel 2023 16:44 (UTC +04:00)

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları AŞKAR EDİLİB

Binqədi rayonu, 2-ci mədən, 78-ci korpus ünvanında fəaliyyət göstərən ət kəsimi məntəqəsində suyun talandığı aşkarlanıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, sahibkar texniki şərt almadan şəbəkəyə özbaşına qoşulub. Özünü qazi kimi təqdim edən sahibkar sudan qanunsuz istifadə etməklə yanaşı, əməkdaşların qanuni tələblərinə də məhəl qoymayıb.

Binəqədi qəsəbəsi, Nurlu massivində tikilən apartman tipli yaşayış binasında da texniki şərt almadan, müqavilə bağlanmadan sudan qanunsuz istifadə edilir. Nəzarət tədbirləri  zamanı sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilmiş fərdi yaşayış evlərinin hər birinə qanunsuz su xətti çəkildiyi də məlum olub.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib və su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq. Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 2638, Binəqədi rayonunda 528 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Fidan İlqar

Oxşar yazılar