İçərişəhərdə yol çökdü - FOTO
02 iyun 2021 16:01 (UTC +04:00)

İçərişəhərdə yol çökdü - FOTO

Səbail rayonu, Şeyx Şamil küçəsində yolun asfalt-beton örtüyündə çökmənin baş verməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bununla bağlı Lent.az-a bildirib ki, agentliyin aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:

"Qısa müddətdə çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək".

# 1512
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar