I sinfə şagird qəbulu dayandırılır -  DİQQƏT
14 sentyabr 2021 17:28 (UTC +04:00)

I sinfə şagird qəbulu dayandırılır - DİQQƏT

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

# 3189
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar